Ukrayna Polşaya birləşdirilir..?

2022-05-04 11:02:00

Ukrayna Polşaya birləşdirilir..?

Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kiva referendum nəticəsində ölkənin bir hissəsinin Polşaya qoşulacağını proqnozlaşdırıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb.

Kiva bildirib ki, hazırda Ukraynanın qərb müdafiə xəttinin formalaşmasına başlanılıb. Onun sözlərinə görə, Avropadan gətirilən silah və sursat ölkənin qərb hissəsində qalacaq. Bu, ayrılmadan və paytaxtı Lvov olan Qərbyönlü Ukraynanın yaradılmasından əvvəlki ilk mərhələdir. Sonradan referendum yolu ilə Polşaya qoşulmaqla, o, yekunlaşdırıb.

Qeyd edək ki, aprel ayında daha əvvəl Rusiyadan siyasi sığınacaq üçün müraciət etmiş İlya Kiva Rusiya vətəndaşlığını almaq istəyib. O, Rusiya sıralarına qoşulmağa və qardaş xalqlarımızın maraqları uğrunda mübarizəni davam etdirməyə hazır olduğunu bəyan edib.

Yeri gəlmişkən fevralın 27-də Kiva "Müxalifət Platforması - Ömür Naminə" fraksiyasından xaric edilib. Siyasi qüvvə təmsilçilərinin fikrincə, deputatın açıqlamaları danışıqlar prosesinə mane olur. O 2022-ci il martın 15-dən isə, deputat mandatından məhrum edilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya