Saat:16:38
Haqqımızda

Ukrayna ordusu yenidən Kurska girdi

2025-05-28 17:26:01

Ukrayna ordusu yenidən Kurska girdi

Ukrayna silahlı qüvvələrinin Rusiyanın Kursk vilayətinə daxil olub və atəşkəs elan olunana qədər orda qalacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski strana.ua nəşrinə açıqlamasında bildirib.

"Biz bir istiqamətdən geri qayıtdıq, digərindən Kurska girdik. Ruslar müharibəni dayandırana qədər oradan çıxmayacağıq,” - deyə o bildirib.

Zelenskinin sözlərinə görə, Ukrayna ordusu həmin istiqamətdə irəliləyiş edib.

Qeyd edək ki, aprelin 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinə Kursk vilayətinin tam azad edilməsi barədə raport verib. Rusiya Müdafiə Nazirliyi isə Ukrayna bölmələrinin sərhəddən geri çəkildiyini və Qornal kəndinin azad olunduğunu bəyan edib.

gundeinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.162300