Ukrayna ordusu Xersonda irəliləyir: 20 km qaldı...

2022-06-14 13:46:00

Ukrayna ordusu Xersonda irəliləyir: 20 km qaldı...

Artıq ikinci həftədir ki, Ukrayna ordusu Xerson istiqamətində uğurlu əks-hücum əməliyyatlarını davam etdirirlər. Ordu qüvvələri Tavriyskidən daha 5 km irəliləyiblər.

Hurriyyet.az xəbər verir ki, bunu Xerson vilayət administrasiyasının rəhbəri Sergey Xlanya deyib.

“Biz Tomina Balkaya yaxınlaşırıq, bu da işğalçıların olduğu Xersondan 20 km aralıdadır. Hazırda döyüşlər Tavriyski və Tomina Balka arasında gedir”, - Xlan bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusunun elə taktiki qələbələri var ki, onlar mütləq əks-hücuma çevrilməlidir:

“İşğalçılar nə qədər geri qayıtmağa, itirilmiş mövqeləri geri almağa çalışsalar da, buna nail ola bilmirlər, əksinə, daha da geriyə çəkilirlər”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya