Saat:10:58
Haqqımızda

"Ukrayna ordusu üzərinə düşəni artıqlamasıyla edir, Qərb də üzərinə düşəni etməlidir" - ELXAN ŞAHİNOĞLU

2023-03-24 14:57:00

"Təsadüfi deyil ki, Zelenski qələbədən danışarkən belə bir cümlə də işlədib: "Birgə nə qədər tez hərəkət etsək, bir o qədər çox insan həyatını xilas edəcəyik""

"Ukrayna prezidenti Volodimir Zelenski qələbinin bu il olacağını deyib. Rusiyanın işğalçı müharibəni genişləndirməsi və Baxmut şəhərini mühasirəyə alması fonunda Zelenskinin açıqlaması qəribə görünə bilər". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, qələbə üçün Rusiya ordusunun hücumları dayandırılmalı və Ukrayna ordusu əks-hücumlara keçməlidir: "Ukrayna prezidenti qələbinin şərtlərini bu şəkildə sıralayıb: 1. Ukrayna ilə Avropa arasında əməkdaşlıqda gecikmə və durğunluq olmamalıdır; 2. Birgə səylər qətiyyətlə Ukraynanın qələbəsinə yönəlməlidir. Yəni, Zelenski demək istəyib ki, bu iki şərt yerinə yetirilməsə qələbə əldə etmək çətin olacaq. Ukrayna prezidenti haqlıdır. Ukrayna ordusu öz üzərinə düşəni artıqlamasıyla edir, qəhrəmancasına savaşır, işğalçı itki verir".

Bunun Ukraynanın qələbəsi üçün az olduğunu vurğulayan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Qərb də üzərinə düşəni etməlidir: "Təsadüfi deyil ki, Zelenski qələbədən danışarkən belə bir cümlə də işlədib: "Birgə nə qədər tez hərəkət etsək, bir o qədər çox insan həyatını xilas edəcəyik". Zelenski "2023 qələbə ili olacaq" deyərkən həm də Ukrayna cəmiyyətinin ruh yüksəkliyinə istinad edir. Kreml müharibəyə başladıqda məhz Ukrayna cəmiyyətinin məğlubiyyətlə barışacağına və Zelenskini devirəcəyinə ümid edirdi. Bu baş vermədi. Əsas qələbəyə olan inamın itməməsidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR