Saat:21:17
Haqqımızda

Ukrayna ordusu Rusiyanın “Sudja” qazölçmə stansiyasını belə vurdu – obyekt tamamilə məhv edildi

2025-03-28 16:19:01

Ukrayna ordusu Rusiyanın “Sudja” qazölçmə stansiyasını belə vurdu – obyekt tamamilə məhv edildi

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində yerləşən “Sudja” qazölçmə stansiyasına endirdiyi zərbənin görüntülərini yayıb.

Hurriyyet.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, enerji infrastrukturu obyektinə ciddi ziyan dəyib və stansiya faktiki olaraq məhv edilib.

Qeyd olunur ki, bu hücum Rusiya ilə ABŞ arasında razılaşdırılmış enerji obyektlərinin qorunması ilə bağlı öhdəliklərə baxmayaraq baş verib. Rusiya tərəfi Ukraynanı enerji infrastrukturuna qarşı davam edən hücumlarda ittiham edib.

Hadisə Rusiyanın enerji təhlükəsizliyinə növbəti zərbə kimi qiymətləndirilir.

Rusiya tərəfi zərərin miqyasını araşdırır və hadisəyə cavab tədbirləri nəzərdən keçirilir.

Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.159378