Ukrayna ordusu əks hücuma keçdi

2022-05-30 09:25:00

Ukrayna ordusu əks hücuma keçdi

Ukrayna ordusu Krivoy Roq vilayətində əks hücuma keçib. Nəticədə 63 rus hərbçisi məhv edilib, 19 rus hərbi texnikası sıradan çıxarılıb.

Hurriyyet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul məlumat verib.

Onun sözlərinə görə, həftə ərzində Krivoy Roq iki dəfə raket zərbələrinə məruz qalıb: "Düşmən bütün təmas xətti boyunca atəş açmağa davam edir, bütün növ reaktiv reaktiv sistemlərdən, top artilleriyasından, tanklardan, minaatanlardan və döyüş təyyarələrindən istifadə edirlər. Eyni zamanda, cəbhənin Krivoy Roq istiqamətində vəziyyət gərgin olsa da, sabit və idarə olunan olaraq qalır. Krivoy Roqdan cənubda uğurlu əks-hücum həyata keçirilib. 63 rus hərbçisi və 19 rus texnikası, o cümlədən müasir T-72 tankları, "Qrad" reaktiv yaylım atəş sistemi, artilleriya, helikopterlər və bir SU-35 təyyarəsi məhv edilib".

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin Xerson vilayətində əks-hücuma keçdiyi bildirilmişdi.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya