Ukrayna ordusu 4 yaşayış məntəqəsini AZAD ETDİ

2022-05-04 13:10:00

Ukrayna ordusu 4 yaşayış məntəqəsini AZAD ETDİ

Ukrayna Silahlı Qüvvələri Nikolayev və Xerson vilayətlərinin inzibati sərhədinə yaxın dörd yaşayış məntəqəsini azad edib.

Hurriyyet.az bildirir ki, bu haqda UNİAN "Cənub" əməliyyat komandanlığının hesabatına istinadən xəbər verir.

Komandanlığın məlumatına görə, müvəqqəti olaraq Rusiya qoşunlarının nəzarətində olan Tokmokda ruslar potensial təxribatlarda istifadə etmək üçün Ukrayna hərbi geyimlərini tikirlər.

Həmçinin, Xəzər istiqamətindən endirilən iki raket zərbəsinin Kirovoqrad vilayətinin dəmir yolu infrastrukturuna dəydiyi bildirilir. Dəqiq sayı açıqlanmasa da, yaralılar və ölənlər var. "Odessa vilayətinə atılan ilk üç raket hava hücumundan müdafiə qüvvələrini vurub. Dəfələrlə edilən hücum nəticəsində infrastruktur obyektlərinə ziyan dəyib", - məlumatda deyilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya