Saat:12:17
Haqqımızda

“Ukrayna NATO və Aİ-yə dəvət edilməlidir”

2023-06-01 16:03:00

“Ukrayna NATO və Aİ-yə dəvət edilməlidir”

Zelenskinin sözlərinə görə, bu, separatizm ilə qarşılaşan ölkələrin təhlükəsizliyinin təminatı olacaq

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski 2023-cü ildə Ukraynanın NATO və Avropa İttifaqına dəvət edilməli, həmçinin, NATO-ya gedən yolda təhlükəsizlik təminatı almalı olduğunu bəyan edib.

Avropa Siyasi Birliyinin iyunun 1-də Kişinyovda keçən sammitində çıxış edən Zelenski deyib: “Yayda Vilnüsdə, NATO sammitində Ukraynanın NATO-ya üzv olmasına qəti şəkildə dəvət edilməsi, NATO üvlüyünə gedən yolda təhlükəsizliyinə təminat verilməsi lazımdır. Payızda isə Aİ-yə üzv olmağa dəvət edilməliyik – qəti müsbət qərar verilməlidir. Ukrayna üçün müsbət qərar hamı üçün müsbət olacaqdır. Bu, təhlükəsizliyin təməlidir. Xüsusilə də Moldova üçün. Uzunmüddətli perspektivdə Gürcüstan üçün. Şübhə etmirəm ki, vaxtı çatanda Belarus üçün də”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR