Ukrayna NATO üzvü olarsa, Moskva hərbi əməliyyata başlayacaq

2021-11-25 15:27:00

Ukrayna NATO üzvü olarsa, Moskva hərbi əməliyyata başlayacaq

Vladimir Putinin ən yaxın müşavirlərindən biri olan Rusiya Xarici Əlaqələr Şurasının idarə heyətinin rəhbəri Fyodor Lukyanov bildirib ki, əgər Ukrayna Şimali Atlantika Alyansına (NATO) daxil olarsa, Moskva Ukraynaya qarşı hərbi əməliyyatlara başlayacaq. Bu barədə Britaniyanın “The Telegraph” nəşri yazır.

Qəzetin yazdığına görə, Lukyanov NATO-nun daha da şərqə doğru irəliləməsinin Rusiya ilə qaçılmaz münaqişəyə səbəb olacağını da vurğulayıb.

The Telegraph Lukyanovdan sitat gətirir: "Rusiya sistemi dəyişməli və yeni qırmızı xətlər çəkməli olacaq".

Qeyd olunur ki, ABŞ və Aİ Rusiyanın hərbi müdaxiləsi təhlükəsi qarşısında Ukraynaya əlavə hərbi yardım göstərmək üçün danışıqlar aparır.

“Politico”nun məlumatına görə, ABŞ senatorları Rob Portman və Gene Shaheen Ukraynanın müdafiə ehtiyacları üçün əlavə 50 milyon dollar tələb edir.

Beləliklə, ABŞ-ın Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün ayırdığı məbləğ 300 dollardan 350 milyon dollara qədər arta bilər.

virtualaz.org