Ukrayna müharibəsi Bakının xeyrinə "işlədi"- Avropa Azərbaycandan qaz idxalını artırır

Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın milli qazpaylayıcı sistem operatorları çərşənbə axşamı öz ölkələrindəki mövcud infrastrukturdan istifadə etməklə Azərbaycandan təbii qazın nəqlini artırmaq haqda razılığa gəliblər.
Bu qərar adıçəkilən Avropa ölkələrinin son vaxtlara qədər Rusiya enerjisindən kəskin asılı olduğu bir vaxtda verilib. Azərbaycan Prezidenti İlham Əliyev Avropa ölkələri ilə ölkəsinin Dövlət Neft Şirkəti arasında saziş imzalanmasını “zaman şəraiti baxımından vaxtında və çox yaxşı addım” adlandırıb.
Həmin saziş bu qitənin bir çox ölkələrinə Avropa qazının getdikcə daha etibarlı tədarükünü təmin edə bilər.
Moskvanın Ukraynaya hərbi təcavüzündən sonra Aveopa Birliyi Rusiya qazından asılılığını azaltmaqla enerji təchizatı mənbələrini şaxələndirməyə çalışır və bunun üçün digər ixracatçılara üz tutub.
Bununla əlaqədar, ötən ilin iyulunda Brüssel Bakı ilə Azərbaycandan qaz idxalını iki dəfə artırmaq və 2027-ci ilə qədər qaz həcmini ildə 20 milyard kubmetrə çatdırmaq barədə anlaşma memorandumu imzalayıb".
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya