“Ukrayna Moskvanı raketlə vuracaq” - Yenilənmiş “Neptun” raketləri buna imkan verir

2023-08-30 11:00:37

“Ukrayna Moskvanı raketlə vuracaq” - Yenilənmiş “Neptun” raketləri buna imkan verir

Ukrayna “Moskva” kreyserini vurduğu raketi təkmilləşdirib və bu raketlərlə artıq Rusiyanın dərinliklərini, o cümlədən Moskvadakı hədəfləri vurmaq olar. Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyindəki mənbələrə istinad edən “The War Zone” nəşri yazıb.

Xəbərdə deyilir ki, Ukrayna öz istehsalı olan və hərbi dəniz qüvvələrinin istifadə etdiyi “Neptun” raketlərini “yer-yer” tipli raketə çevirə bilib.

Müdafiə Nazirliyindəki mənbə qeyd edib ki, avqustun 23-də Krımda yerləşən Rusiyaya aid “S-400” kompleksi də məhz yenilənmiş “Neptun”la vurularaq, məhv edilib: “Nazirlikdəki mənbə qeyd etdi ki, “Neptun” vasitəsilə Moskvanı və Rusiyanın dərinliklərindəkli obyektləri vurmaq planları var”.

Xatırladaq ki, Qərb koalisiyası Ukraynaya uzaq məsafəli raketlər versə də, onlarla Rusiya ərazisini vurmağı qadağan edib. Ukraynanın öz istehsalı olan raketlərlə işğalçı dövlətdəki istədiyi legitim hərbi hədəfi vurmasına isə heç bir qadağa qoyula bilməz...

“AzPolitika.info”


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.174325