Ukrayna MN: Şərqdə döyüşlər şiddətlənir, Rusiya ümumi səfərbərlik elan edə bilər

2022-04-30 20:02:00

Ukrayna MN: Şərqdə döyüşlər şiddətlənir, Rusiya ümumi səfərbərlik elan edə bilər

Rusiya qoşunları Ukraynanın şərqində hücum əməliyyatlarının intensivliyini artırır.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Aleksandr Motuzyanik keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, əsas əməliyyat aktivliyi Slobojanske və Donetskdə müşahidə edilir.

Aleksandr Motuzyanik vurğulayıb ki, Rusiya qüvvələrinin əsas hədəfləri dəyişməz olaraq qalır və bu, Ukrayna müdafiə qüvvələrinin bölmələrinin mühasirəyə alınması, Donetsk, Luqansk və Xersonun tam nəzarətə götürülməsi və işğal altındakı Krıma quru yolunun sabitliyinin təmin edilməsidir.

O əlavə edib ki, Rusiya tərəfinin döyüşlərin daha da intensivləşdirilməsinə hazırlığına dair əlamətlər var.

Ukrayna MN Rusiya ərazisində ümumi səfərbərliyin elan edilməsinin mümkünlüyünü də istisna etməyib: “Düşmən qısa müddətdə öz planlarına nail ola bilməsə, bu cür ssenari tamamilə mümkündür, biz bunu istisna etmirik”. \\APA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya