Ukrayna Milli Qvardiyasının canlı qüvvə itkisinin sayı ilk dəfə AÇIQLANDI

2022-05-11 20:06:00

Ukrayna Milli Qvardiyasının canlı qüvvə itkisinin sayı ilk dəfə AÇIQLANDI

“Rusiyaya qarşı genişmiqyaslı müharibədə Ukrayna Milli Qvardiyasının 501 hərbçisi həlak olub, 1 697-i isə yaralanıb”.

Hurriyyet.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Milli Qvardiyası Baş İdarəsi əməliyyat qərargahının rəisi Aleksey Nadtoçi bildirib.

Onun sözlərinə görə, milli qvardiyanın döyüşçüləri Donetsk, Slobojansk, Cənubi Buq və Tavriyanın rayonlarının şərq hissəsinin müdafiəsində iştirak edirlər.

Bildirib ki, bundan başqa qvardiyaçılar Belarusla dövlət sərhədinin qorunmasını reallaşdırır.

Qeyd edək ki, Ukrayna Milli Qvardiyasının itkilərinin sayı ilk dəfədir açıqlanır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya