Ukrayna Mərkəzi Asiyanın nəqliyyat zəncirlərinə qoşulmağı planlaşdırır
Ukrayna Mərkəzi Asiyanın nəqliyyat zəncirlərinə qoşulmağı planlaşdırır. Belə ki, Ukrayna regionumuzla logistika əlaqələrini inkişaf etdirmək və Asiya ilə Avropa arasındakı marşrutlar üzrə malların tranzitindən qazanc əldə etmək istəyir ki, bu da ildən-ilə artır.
Ukrayna bu planı Polşa vasitəsilə həyata keçirməyi gözləyir. İki ölkənin dövlət dəmir yolları Rusiyadan yan keçməklə Asiyaya intermodal marşrutların inkişaf etdirilməsi barədə razılığa gəliblər. Bu məqsədlə Ukrayna ərazisində yeni sərhəd keçidləri və Polşa standartlarına uyğun olaraq 1435 mm-lik dəmir yolu qəlibləri tikiləcək (keçmiş SSRİ ölkələrində bu ölçü 1520 mm-dir).
Kiyev Transxəzər Marşrutu (TCR), Yeni İpək Yolu marşrutları və Cənub-Qərb Dəhlizinə qoşulmaq istəyir.
"Bu əməkdaşlıq Polşa ilə Ukrayna arasında dəmir yolu yük axınının artmasına və Çindən Mərkəzi və Şərqi Asiyadan keçən ticarət dəhlizinin inkişafına kömək edəcək", - Ukrayna dəmir yolu rəhbərliyi hesab edir.
Ülviyyə, Hurriyyet.az