"Ukrayna məğlub olsa, Rusiya və İranın ilk hədəfi Azərbaycan olacaq" - XAQANİ CƏFƏRLİ

2022-12-23 10:02:00

"Rusiya imperializminə qarşı mübarizədə olduğu kimi, İranın terorçu siyasətinə qarşı mübarizədə də Ukrayna ilə Azərbaycanın maraqları üst-üstə düşür"

"Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Konqressindəki çıxışı zamanı İranı Rusiyanın Ukraynada törətdiyi soyqırımı siyasətinin şəriki adlandıraraq deyib ki, bir terrorçu digərini tapıb. "Əgər biz indi onları dayandırmasaq, onların digər müttəfiqlərinizi vurması zaman məsələsidir", deyə əlavə edib. Konqress üzvləri Zelenskinin "biz onları indi dayandırmalıyıq" çağrışını ayaq üstə alqışlayıblar". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloqun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenskinin bu çıxışı heç şübhəsiz ki, ABŞ-ın və bütövlükdə Qərb dünyasının İrana yönəlik siyasətində korrektələrə səbəb olacaq və teokratik rejimə qarşı daha sərt qərarların qəbul olunması ilə nəticələnəcək.

Xaqani Cəfərli onu da əlavə edib ki, Rusiya imperializminə qarşı mübarizədə olduğu kimi, İranın terorçu siyasətinə qarşı mübarizədə də Ukrayna ilə Azərbaycanın maraqları üst-üstə düşür: "Ukrayna ilə müttəfiqlik sazişi imzalayaraq birgə hərəkət etmək zamanı çatıb. Ukrayna məğlub olsa terrorçuların, Rusiya və İranın ilk birgə hədəfi Azərbaycan olacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.148542