Saat:03:47
Haqqımızda

Ukrayna Mariupolun qaytarılması ilə müharibəni dayandırmağa razıdır - “The Telegraph”

2024-12-05 11:53:29

Ukrayna Mariupolun qaytarılması ilə müharibəni dayandırmağa razıdır - “The Telegraph”

Ukrayna Mariupolun qaytarılması ilə müharibəni dayandırmağa razıdır. Bu barədə Ukrayna prezidentinin aparatının rəhbəri, ölkənin “boz kardinalı” Andrey Ermak Britaniyanın “The Telegraph” nəşrinin videobloqunda bildirib.

Ermakın sözlərinə görə, bu mərhələ Qərbin beynəlxalq təşkilatlara inamını qoruyub saxlamağa kömək edəcək.

“Əsas odur ki, bu müharibə necə bitəcək. Əminəm ki, insanlar bu müharibənin bitməyəcəyini düşünsələr, o zaman Putinin son 80 ilin ən böyük sərhəd dəyişikliklərini dondurmaq imkanı olacaq. Əgər biz bu müharibəni bitirsək və Rusiya qüvvələrini genişmiqyaslı işğalın başladığı xəttə qaytarsaq, demokratiyanın gücü və bütün dünyanın əsl potensialı nümayiş etdiriləcək.

Bu, sadə insanların sözdə deyil, beynəlxalq hüquqa və beynəlxalq təşkilatlara inanmağa davam etməsi üçün bir arqumenti olacaq”, deyə Ermak bəyan edib.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.215136