UKRAYNA KRIMI VURUR – Yarımadaya azı 20 raketin düşdüyü bildirilir
2024-05-15 11:34:36
Mayın 15-nə keçən gecə Ukrayna ordusu Krım yarımadasındakı hərbi hədəflərə kütləvi raket zərbələri endirib.
Hurriyyet.az xəbər verir ki, Sevastopol, Simferopol, Baxçasaray və Yevpatoriyada güclü partlayışlar baş verib.
Yarımadada raket təhlükəsi elan edilib. Yerli sakinlər Krıma azı 20 raketin düşdüyünü iddia edirlər. Rusiya tərəfi Krım səmasında “ATACMS” raketini vurduğunu bildirib. Ukrayna rəsmi orqanları isə hələ ki, hücum barədə heç bir şərh vermir.
azpolitika.info