“Ukrayna Krım uğrunda döyüşlərə hazırlaşır”
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidentinin müşaviri Mixail Podolyak Ukraynanın Rusiya hərbçilərinə qarşı əks-hücumunun uğurla davam etdiyini söyləyib.
CNN kanalına müsahibə verən Podolyak Rusiya müdafiəsinin birinci cəbhəsinin yarılmasının Ukrayna üçün nikbinlik səbəbi olduğunu deyib.
Podolyak deyib: “Təşəbbüs tamamilə Ukraynanın əlindədir. Hətta Rusiyanın Putin kimi rəsmi şəxsləri də deyirlər ki, onlar artıq Ukraynanın hücum əməliyyatlarını dəf edirlər. Rusiyanın müdafiəyə keçdiyindən danışırlar”.
Podolyak Ukraynanın Krım uğrunda döyüşlərə hazırlaşdığını söyləyib.
Podolyakın sözlərinə görə, Ukraynanın Qərb tərəfdaşlarından əlavə aviasiya dəstəyi – Rusiyanın nəzarətində olan ərazilərin dərinliyinə zərbə endirmək üçün F-16 qırıcıları, uzaq radiuslu raketlər, həmçinin hərbi sursat almağa ehtiyacı var.
Hürr Tərcüman