Saat:03:38
Haqqımızda

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24 20:47:00

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

“Rusiya vətəndaşları müvəqqəti işğal altında olan Krımdan çıxır”.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov deyib.

O bildirib ki, işğalçı hakimiyyət bu barədə vətəndaşlara müraciət edib.

A.Yusovun sözlərinə görə, Krımdakı daşınmaz əmlaklar sürətlə satılır.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, 1991-ci il sərhədləri bərpa olunmayana, o cümlədən Krım işğaldan azad edilməyənədək sülh olmayacaq. \\Report

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR