Ukrayna kəşfiyyatçıları Krıma daxil oldu - Son dəqiqə
2023-08-24 16:21:41

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Krım yarımadasında xüsusi əməliyyat keçirib.
Hurriyyet.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsini nümayəndəsi Andrey Çernyak məlumat verib.
Onun sözlərinə görə, xüsusi əməliyyatı Ukrayna Hərbi Dəniz Qüvvələri keçirib: “Əməliyyat Tarxankut burnu ərazisində, Mayak və Olenevka yaşayış məntəqələrində keçirilib. Şəxsi heyətimiz arasında itki yoxdur. Düşmənin itkiləri isə dəqiqləşdirilir”.
A.Çernyak bildirib ki, Ukrayna hərbçiləri tapşırığı uğurla yerinə yetirərək geri qayıdıblar: “Bu, reyd xarakterli əməliyyat idi. Biz göstərdik ki, Ukrayna ordusunun şəxsi heyəti üçün Krım tamamilə əlçatandır”.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya