Ukrayna İranı Beynəlxalq Cinayət Məhkəməsinə verəcək

Hurriyyet.az xəbər verir ki, Ukraynanın Baş naziri Denis Şmıqal “Əl Ərəbiyyə” kanalına müsahibəsində Ukraynanın İranı Beynəlxalq Cinayət Məhkəməsinə verəcəyini bildirib. İran Moskvanın Ukraynanın energetika və mülki infrastrukturuna hücumlar üçün Rusiya Federasiyasına dron göndərdiyinə görə məhkəməyə veriləcək.
Şmıqal deyib: “Biz bu hərbi cinayətlərin törədilməsində İranın Rusiya ilə əlbir olmasından narahatıq və İranın bu işdə əli olmasının tanınmasına nail olmağa çalışacağıq”.
Ukraynanın Baş naziri qeyd edib ki, Moskvanı dəstəkləməsini dayandırması üçün Tehrana təzyiq göstərmək lazımdır.
Ukrayna hərbçilərində olan məlumata görə, Rusiya Ukraynada İranın azı 3 növ dronundan (Shahed-136, Shahed-131 kamikadze dronları və Mohajer-6 çoxhədəfli Silahlı Pilotsuz Uçuş Aparatı) istifadə edir.
“Qardian” (“Guardian”) nəşrinin yazdığına görə, İran dronları Rusiya Federasiyasına təyyarələrvə gəmilərlə göndərirmiş və dronlardan istifadə eləməyi öyrətmək üçün Moskvaya mütəxəssislər yollayıb.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya