Ukrayna ilə Rusiya arasında cənazə mübadiləsi - 900 nəfərə qarşı 43 nəfər
2025-03-28 18:19:55

Hurriyyet.az xəbər verir ki, mübadilə prosesi çərçivəsində Ukraynanın 900 nəfərdən artıq hərbçisinin cənazəsi, Rusiyanın isə 43 hərbçisinin cənazəsi öz ölkələrinə qaytarılıb.
Bu barədə RBK agentliyinə Rusiya Dövlət Durmasının deputatı Şamsail Saraliyev məlumat verib.
Bundan əvvəl tərəflər fevralın 14-də cənazə mübadiləsi etmişdilər. O zaman Rusiyaya 45, Ukraynaya isə 757 şəxsin cəsədləri təhvil verilmişdi.
Hürr Tərcüman
