Saat:20:14
Haqqımızda

Ukrayna "hücum yox, müdafiə xarakterli" silahlar satılmaqla borclandırılırmı?

2022-01-21 11:55:00

Ukrayna

Bu həftə Qərbdən Ukraynaya hərbi təchizatın həcmi kəskin artıb. Bu sferada əsas hadisə odur ki, Britaniya hərbi-nəqliyyat təyyarələri ard-arda bir neçə reyslə Ukraynaya tank əleyhinə qumbaraatanların partiyasını çatdırıb.
Bununla demək olar ki, eyni vaxtda Latviya, Litva, Estoniya və Çexiya Ukraynanın mümkün silahlanmasından danışmağa başladılar. Ukrayna Müdafiə Nazirliyi artıq bu həcmdə hərbi təchizatları “görünməmiş” adlandırıb. Bu təchizat sanki Rusiyanın Ukraynaya planlaşdırılan işğalı ilə bağlı Vaşinqtonun bəyanatlarını təsdiq edir.
Bu həftə, yanvarın 17-dən 19-dək Ukraynaya beynəlxalq hərbi yardımın daha bir partiyası gəlib. Böyük Britaniya bir neçə min tank əleyhinə "NLAW" qumbaraatan verdi. Bu, İsveçin istehsalı olan silahdır.
Onları "Javelin"lərin analoqları adlandırmaq olar, lakin onlar o qədər də güclü deyillər və o qədər də uzaqdan atəş açmırlar. ABŞ istehsalı olan kompleks 4 kilometr məsafədən hədəfi vurur, yəni atıcı üçün demək olar ki, tam təhlükəsizliyə zəmanət verir. İsveç istehsalı olan "NLAW" yaxın məsafədə tanka atəş etməyə yarayır, şəhər döyüşünün silahıdır.
"NLAW" yəni "Nəsil Yüngül Tank Əleyhinə Silah" yaxud yüngül tank əleyhinə silah deməkdir. Bu İsveç-Britaniya ortaq məhsulu yaxın döyüş üçün nəzərdə tutulub. İstehsalçılar iddia edirlər ki, sistem 800 metr məsafədən tankı məhv edə və qalınlığı 500 mm-dən çox olan zirehlərə nüfuz edə bilər. Minimum atış məsafəsi 20 metrdən başlayır.
Belə bir qumbaraatan 12,5 kq ağırlığında, "Javelin"dən demək olar ki, 10 kq yüngüldür, bu da çiyindən atəş açmaq üçün nəzərdə tutulduğu üçün rahatdır. Partlayışdan sonra odlu quyruğun olmaması "NLAW"ı qapalı atışma, şəhərdə döyüşmək üçün əlverişli edir.
Britaniya kompleksinin qiyməti təxminən 30 min dollardır. Müqayisə üçün qeyd edək ki, bir atış "Javelin" təxminən 80 minə başa gəlir. Lakin "NLAW" birdəfəlik tank əleyhinə qumbaraatandır, yəni atışdan sonra onu yenidən doldurmaq mümkün deyil.
Ukraynaya satılan qumbaraatanların dəqiq sayı məlum deyil, lakin "Biz Ukrayna silahlı qüvvələrinə minlərlə tank əleyhinə idarə olunan raket göndərmişik", deyə Britaniya müdafiə nazirinin müşaviri Ceyms Hippi deyib.
Ukrayna Müdafiə Nazirliyi Britaniya silahlarının hava limanında boşaldılmasının videosunu dərc edib. O, Britaniya Hərbi Hava Qüvvələrinin hərbi nəqliyyat təyyarəsi ilə çatdırılıb.
Londonda bundan sonra Ukraynaya daha çox silah göndərməyə hazır olduqlarını bildirdilər. Maraqlıdır ki, Britaniya hərbi təchizatı Almaniyanın ətrafından-Danimarka, Baltikyanı və Polşadan keçir. Həm də diqqətəlayiqdir ki, Zelenski hazırda Polşadadır, onun vasitəsilə Britaniyadan gələn təchizat və digər potensial silahlar da Ukraynaya daxil olur.
Silahların tədarükü üçün Baltikyanı dövlətlər vasitəsilə daha bir marşrut planlaşdırılır. Belə ki, ABŞ-ın “Politico” nəşri yazıb ki, ABŞ Baltikyanı ölkələrə ötürülən silahların üçüncü ölkələrə tədarükünü təsdiqləmək qərarına gəlib. ABŞ-ın ixraca nəzarət qaydalarına əsasən, köçürmə Dövlət Departamenti tərəfindən təsdiqlənməlidir. Bu o deməkdir ki, Litva, Latviya və Estoniya öz ehtiyatlarından Ukraynaya Amerika istehsalı olan silahlar verə biləcək.
Mətbuatın yazdığına görə, söhbət Estoniyanın malik olduğu "Javelin" və Litvanın malik olduğu "Stinger" raketlərindən gedir.
Keçən il Estoniya Müdafiə Nazirliyi ABŞ və Almaniyanın razılığı olarsa Ukraynaya “Javelin” tank əleyhinə sistemlər və "122 mm-lik haubitsalar" verəcəyini açıqlamışdı. Niyə ABŞ və Almaniya? Çünki "Javelin" Amerika istehsalıdır, silah isə Almaniyada istehsal olunur. 
Çexiyada da Ukraynaya hərbi silah və texnikanın təhvil verilməsinə hazırlıq elan edilib. Müdafiə naziri Yana Çernoxovanın sözlərinə görə, Çexiya hökuməti Ukraynaya kömək etmək arzusunu bildirib, lakin bu məsələni hələ də Vışeqrad dördlüyü ölkələri ilə razılaşdırmaq lazım gəldiyi də ifadə olunub. 
Eyni zamanda, Çexiya qeyd edib ki, bundan əvvəl Ukrayna hansı yardımın lazım olduğuna qərar verməlidir.
Bu il Çexiya xüsusi təyinatlıları Ukraynada keçiriləcək "Silver Saber 2022" təlimində iştirak edəcək. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin rəhbərinin Praqaya səfəri gözlənilir.
Ukrayna da ABŞ-dan daha çox silah alacağını gözləyir. Bu barədə Entoni Blinkenin səfərindən sonra Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba məlumat verib.
"ABŞ Ukraynanın müdafiə qabiliyyətini daha da gücləndirməyə hazırdır. Söhbət təkcə dekabrda aldığımız 60 milyon dollarlıq müdafiə xarakterli silah paketindən deyil, həm də əlavə həcmdə müdafiə silahlarından, o cümlədən ölümcül silahlardan gedir. Müdafiə xarakterli, lakin öldürücü", deyə nazir bildirib.
Artıq Vaşinqtondan belə yardımın artırıla biləcəyinə dair siqnallar gəlir. Respublikaçılar Ukraynaya "Lend-Lease" (İkinci Dünya Müharibəsi zamanı Sovet İttifaqını silahla təchiz etmək üçün eyni metoddan istifadə edilib) əsasında silah tədarükünə dair qanun layihəsi təqdim etdilər.
Qəbul olunarsa, Kiyevə hərbi texnikanın verilməsi proseduru sadələşdiriləcək və sürətləndiriləcək.
“Bu qanun layihəsi prezidentə birbaşa Ukrayna ilə borc-icarə müqavilələrini daha tez bağlamaq və mülki əhalini Rusiyanın hərbi işğalından qorumaq üçün lazım olan hərbi texnikanın tədarükünü sürətləndirmək üçün genişləndirilmiş səlahiyyətlər verəcək”, deyə sənəd müəlliflərdən birinin-Con Korninin mətbuat xidməti bildirib. 
Qanun layihəsi təsdiq olunarsa, senatorlar Rusiya Ukrayna ilə sərhəddindəki qoşunlarının sayını 2021-ci ilin martına qədərki saya qaytarana qədər "lend-lease" yəni "lizinq-icarə" müqaviləsini qüvvədə saxlamağı təklif edirlər.
Bu qanun layihəsinin qəbul edilib-edilməyəcəyi isə başqa sualdır.
Bəs silah tədarükü Ukraynanı Rusiyadan qorumağa yetəcəkmi? Gətirilən arqumentlərdən aydın olur ki, bu tədarüklər Ukraynanı Rusiyadan qorumaq üçün bir üsul deyil.
Çünki hələ də atmağı öyrənməyin lazım olduğu bir neçə min birdəfəlik qumbaraatan, çətin ki, fevralda işğala hazırlaşan rus ordusunu dayandırsın. Hələlik rus ordusu aviasiya, raketlər və digər silah növləri üzrə Ukrayna ilə müqayisədə böyük üstünlüyə malikdir.
Ukraynaya silahların, həm də daha çox müdafiə xarakterli silahların verilməsi çox güman ki, iki məqsədə xidmət edir:
1. “Rusiyanın hücumu”nun hazırlandığı tezisini əyani şəkildə təsdiqləmək. İndiyə qədər yalnız Qərb rəsmilərinin sözləri və media bəyanatları olub. Lakin silah tədarükü haqda ən çox verilən açıqlamalar duruma informasiya ilə təsirin başqa səviyyəsidir. Bundan başqa silah tədarükü xeyli pul xərclənməsinə, hətta dövlətin borclanmasına və bunun sayəsində hansısa öhdəlikləri boynuna götürməyə və s. aktlara gətirir
2. Pul qazanmaq naminə quduzlaşmış iştah. "İşğal" haqqında səs-küylü bəyanatlar altında Ukraynaya Britaniya ordusunun yaxın gələcəkdə ehtiyac duymayacağı silahlar üçün on milyonlarla dolları "Londonun büdcəsinə axıtmaq" yaxud Vaşinqtonun "cibini doldurmaq" daha asan olacaq...

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR