Ukrayna hərbçiləri hərbi təlimlərdə iştirak üçün Gürcüstana gəldilər
“Agile Spirit 2021” çoxmillətli təlimdə iştirak edəcək ukraynalı hərbçilər dəniz yolu ilə tam heyətlə Gürcüstana gəliblər.
Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ukrayna Hərbi Dəniz Qüvvələrinin desant gəmisi “Yuri Olefirenko” və “Starobilski” patrul gəmisi Poti limanına gəldi. Ukrayna qoşunlarının təlimə daşınması Senakidəki Müdafiə Qüvvələrinin Qərb Komandanlığı, 2-ci Piyada Briqadası və Axalkalakidəki Orfolo poliqonu bazasında icra edilir.
26 iyul - 6 avqust tarixlərində Gürcüstanda çoxmillətli hərbi təlim “Agile Spirit 2021” keçiriləcək. Təlimlər Senaki, 2-ci piyada briqadası, Sorta hərbi düşərgəsi, Orfolo poliqonunda, habelə Vaziani-də 4-cü mexanikləşdirilmiş briqadanın təlim meydançası və Vaziani hərbi aerodromunda baş tutacaq.
Hazırladı: Ülviyyə Şükürova