Ukrayna hərbçiləri 20 yaşayış məntəqəsini işğaldan azad ediblər!

2022-09-08 23:07:00

Ukrayna hərbçiləri 20 yaşayış məntəqəsini işğaldan azad ediblər!

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukraynanın Silahlı Qüvvələri Xarkov vilayətində 20 yaşayış məntəqəsini işğaldan azad ediblər. Bu barədə açıqlamanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Operativ İdarəsinin rəisinin müavini Aleksey Qromov onlayn birifinq zamanı verib.

Qromovun sözlərinə görə, hərbi hissələr rəqibin müdafiəsinin 50 km dərinliyinə daxil olublar. Xarkov və Cənubi Buqsk istiqamətlərində 700 kv km-dən artıq ərazi Ukraynanın nəzarətinə qayıdıb.

Ukraynanın müdafiə qüvvələri Xerson istiqamətində fəal döyüşlərə davam edir. Qromov deyib: “Cəbhə xəttində vəziyyətin yaxşılaşdırılması məqsədi ilə döyüşlər davam etdirilir. Düşmən qismən ruhdan düşüb, lakin müqavimət göstərməyə davam edir”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.103407