Ukrayna hərbçiləri 15 pilotsuz təyyarə və 4 qanadlı raketi vurub – Dnepropetrovsk atəşə tutuldu

2023-05-22 11:14:00

Ukrayna hərbçiləri 15 pilotsuz təyyarə və 4 qanadlı raketi vurub – Dnepropetrovsk atəşə tutuldu

Rusiya ordusu mayın 22-nə keçən gecə Ukraynanın Dnepropetrovsk vilayətinə pilotsuz təyyarələr və raketlərlə zərbə endirib. Ən azı səkkiz nəfər xəsarət alıb, yaşayış binalarına, avtomobillərə, özəl müəssisəyə və xilasetmə dəstəsinin binasına ziyan dəyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi idarəsinin rəhbəri Sergey Lısak öz “teleqram” kanalında məlumat verib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri 15 pilotsuz təyyarə və 4 qanadlı raketi vurub. Zərbələr nəticəsində 27 yaşlı yerli sakin xəsarət alıb, onu və yaralanan 52 və 70 yaşlı iki rayon sakini xəstəxanaya yerləşdiriblər. İki yanğın hadisəsi qeydə alınıb.

“Zerkalo Nedeli” nəşri xəbər verir ki, gecə saatlarında Dneprdə ən azı 40 partlayış baş verib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.182557