“Ukrayna “F-16”-larla Rusiya ərazisini vura bilər” - Hollandiya etiraz etmir
2024-08-29 17:51:01
Hollandiya Ukraynaya verdiyi “F-16”-ların Rusiya ərazisində istifadəsinə etiraz etmir.
Hurriyyet.az xəbər verir ki, bunu Hollandiya Kral Hərbi Hava Qüvvələrinin generalı Onno Eiçelşeim deyib.
Onun sözlərinə görə, Ukrayna Rusiya ərazisinə istənilən silahla, o cümlədən ölkəsinin verdiyi “F-16” təyyarələrilə hücum etmək hüquqnq malikdir: “Ukrayna bizim verdiyimiz resurslardan müharibə qanunlarına uyğun olaraq istədiyi kimi istifadə edə bilər”.
Generalın sözlərinə görə, Hollandiya “F-16-nın istifadəsi və uçuş məsafəsi ilə bağlı heç bir məhdudiyyət qoymayıb.
Ümumilikdə bu ölkə Ukraynaya 24 ədəd “F-16” təyyarəsi verməyi vəd edib. Ancaq general onlardan neçəsinin artıq Ukraynada yerləşdirildiyini açıqlamayıb.
Azpolitika.info