Saat:23:37
Haqqımızda

Ukrayna F-16-larla Rusiya ərazilərini vura bilərmi? - NATO baş katibi cavab verdi

2024-02-22 15:47:12

Ukrayna F-16-larla Rusiya ərazilərini vura bilərmi? - NATO baş katibi cavab verdi

Ukrayna F-16 qırıcılarını aldıqdan sonra Rusiya Federasiyasında və ölkə hüdudlarından kənarda hərbi obyektlərə zərbələr endirmək hüququ qazanacaq.
Bu açıqlama ilə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.
"Azadlıq” radiosuna müsahibəsində o, Ukraynanın F-16 qırıcılarını dəqiq nə vaxt yerləşdirə biləcəyini söyləməyin mümkün olmadığını qeyd edib. Onun sözlərinə görə, müttəfiq ölkələr təyyarələrin transferinin mümkün qədər tez baş tutmasını istəyir. Bununla belə, pilotlar, ekipajlar və digər yardımçı heyət yaxşı təlim keçərsə, F-16-nın qəbulunun effekti daha çox olacaq.
"Ona görə də düşünürəm ki, biz tam hazır olduğumuzda və ya müttəfiqlər F-16-ların göndərilməsinə və təhvil verilməsinə başlamağa hazır olduqda hərbi ekspertləri dinləməliyik. Nə qədər tez olsa, bir o qədər yaxşıdır", - o izah edib.
NATO-nun baş katibi əlavə edib ki, hər bir müttəfiq Ukraynaya F-16-ların tədarük edilib-edilməməsinə qərar verəcək və müxtəlif ölkələrin fərqli siyasətləri var. Eyni zamanda o, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibə apardığını, Kiyevin özünümüdafiə hüququna, o cümlədən ölkə hüdudlarından kənarda Rusiyanın legitim hərbi obyektlərinə zərbə endirmək haqqına malik olduğunu vurğulayıb.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin rəhbəri Yuri İqnat bildirib ki, Ukrayna eksetrn qaydada F-16-ya keçir. Dünyanın heç bir ölkəsi bunu etməyib. O, vurğulayıb ki, Ukraynaya birdən-birə 40, 70 və ya 120 təyyarə verilməyəcək və biz son modifikasiyaları almayacağıq.
CNN daha əvvəl yazmışdı ki, dörd ukraynalı pilotdan ibarət ilk qrup 2024-cü ilin yayına qədər Amerika F-16 qırıcıları ilə bağlı təlim proqramını tamamlayacaq. Onlar 2023-cü il oktyabrın ortalarında ABŞ-ın Arizona ştatındakı 162-ci Qırıcı Qanadda təlimlərə başlayıblar.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR