Saat:09:20
Haqqımızda

“Ukrayna energetika sisteminin yarısı zədələnib” - “Rusiya raketləri bu müharibənin əsl bəlasıdır”

2024-05-02 13:15:57

“Ukrayna energetika sisteminin yarısı zədələnib” - “Rusiya raketləri bu müharibənin əsl bəlasıdır”

Rusiya Ukraynanın energetika sistemini raket zərbələri ilə məhv edir.

Hurriyyet.az xəbər verir ki, bunu Ukraynanın xarici İşlər naziri Dmitri Kuleba “Foreign Policy” nəşrinə müsahibəsində deyib.

Nazir qeyd edib ki, hər şeyə rəğmən Ukrayna duruş gətirməkdə davam edir: “Rusiya ballistik raketləri bu müharibənin əsl bəlasıdır. Bu yaxınlarda onlar əsasən enerji sistemimizi məhv etmək üçün istifadə olunur. Əgər başqa bir ölkə belə miqyasda enerji məhvindən əziyyət çəksəydi, daha pis durumda görünərdi. Ancaq biz duruş gətiririk, çünki çox şey öyrənmzişik. Biz israrlıyıq. Aydın olmaq üçün bildirim ki, enerji sistemimizin yarısı zədələnib. Biz hər şeyə rəğmən ölkəni idarə etməliyik, hərbi əməliyyatlar aparmalıyıq və bütün dünyadan dəstək almalıyıq”.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.243583