Saat:20:16
Haqqımızda

Ukrayna "Drujba" neft kəmərini məsafədən partlatdı

2025-12-03 17:49:56

Ukrayna

Ukrayna mediasının məlumatına görə, 1 dekabr gecəsi Avropanın bəzi ölkələrinə neft göndərişləri davam edən “Drujba” neft kəmərinin Rusiya ərazisində yerləşən hissəsində partlayış baş verib.

Hurriyyet.az xəbər verir ki, məlumata əsasən, insident Kazinskiye Vıselki yaşayış məntəqəsi yaxınlığında, Taqanroq–Lipetsk seqmentində qeydə alınıb.

Yerli sakinlər partlayış anında güclü səs və səmada parlaq işıqlar gördüklərini bildiriblər. Hadisə sosial şəbəkələrdə geniş rezonans yaradıb — istifadəçilər gördükləri və eşitdiklərini paylaşırlar.

Ukraynanın Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin məlumatında deyilir ki, kəmərin həmin hissəsini məhv etmək üçün uzaqdan idarə olunan partlayıcı və yanmanı gücləndirən əlavə qarışıqlar istifadə olunub.

Partlayışın səbəbi ilə bağlı Rusiya rəsmilərindən hələlik rəsmi açıqlama verilməyib.

Tribunainfo.az