Ukrayna dronu Sankt-Peterburqa hücum edib
2024-01-31 12:46:03
Hurriyyet.az xəbər verir ki, Rusiya "Teleqram" kanallarının məlumatına görə, Sankt-Peterburqda Ukraynanın dronu vurulub. Vurulmuş PUA yerə düşərkən "Nevskiy mazut" neftayırma zavodunun bir neçə sisterninə zərər vurub.
Məlumata görə, ilk dəfə səhər saat 4 radələrində, dron Peterburqdan 60 kilometr məsafədə ikən S-400 raket kompleksi vasitəsi ilə onu vurmağa cəhd göstərilib.
Dron vurulduqdan sonra sisternlər alovlanıb, Rusiyanın FHN əməkdaşları yanğını söndürüblər.
Hürr Tərcüman