Ukrayna dronları Tatarıstanı vurub
2024-04-02 12:41:13
Hurriyyet.az xəbər verir ki, Ukraynanın 3 dronu Tatarıstan ərazisində, Nijnekamsk və Yelabuqda yerləşən müəssisələrin ərazilərinə hücumlar ediblər. Dronlardan biri zavoda, ikisi isə - tələbələrin yaşadıqları yataqxanaya hücuma keçiblər.
Yerli mətbuatın məlumatına görə, bu gün səhər saat 6 radələrində şəhər yaxınlığındakı "Alabuqa" iqtisadi zonasının ərazisində də partlayış səsləri eşidilib.
Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanov müəssisələrin texnoloji prosesinin pozulmadığını, lakin zərərçəkənlər olduğunu bildirib. Yaralılara tibbi yardım göstərilir.
Hürr Tərcüman