Saat:12:37
Haqqımızda

Ukrayna dronları Rusiya aeroportlarını iflic etdi

2025-10-17 10:55:00

Ukrayna dronları Rusiya aeroportlarını iflic etdi

Hurriyyet.az xəbər verir ki, dronlar Rusiya aeroportlarının işini iflic edib.
Oktyabrın 17-nə keçən gecə Rusiyanın bir neçə regionunda pilotsuz təyyarələrin hücumu təhlükəsi ilə əlaqədar uçuşlar müvəqqəti olaraq məhdudlaşdırılıb. Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) məlumatına görə, məhdudiyyətlər Kaluqa, Samara, Krasnodar, Soçi, Ulyanovsk, Nijnekamsk, Nijni Novqorod, Yaroslavl, Kazan, İjevsk və Ufa hava limanlarına tətbiq edilib.
Rusiya Müdafiə Nazirliyi 32 ədədi Krım üzərində olmaqla, 61 ədəd Ukrayna dronunun yaxalandığını bildirib.
Hürr Tərcüman