Ukrayna daha bir şəhərini itirdiyini bəyan etdi
2024-10-02 14:10:51
Hurriyyet.az xəbər verir ki, Ukrayna Uqledar şəhərini itirdiyini rəsmən təsdiqləyib.
"Xortitsa" əməliyyat komandanlığının verdiyi xəbərə görə, Rusiyanın cinahlara endirdiyi zərbələrdən sonra, Ukrayna Silahlı Qüvvələrinin müdafiəsi zəifləyib və şəhərin mühasirəyə düşməsi təhlükəsi yaranıb.
Ali komandanlıq şəxsi heyətin qorunması və hərbi texnikanın növbəti əməliyyatlar üçün saxlanılması məqsədi ilə bölmələrin Uqledardan çıxarılmasına icazə verib.
Hürr Tərcüma