Ukrayna bu tarixədək razı olmalıdır“ - Tramp
2025-11-22 00:02:46
ABŞ Prezidenti Donald Tramp onun administrasiyasının Kiyevin Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı Ağ Evin 28 bəndlik planına razılıq verməsi üçün gələn cümə axşamına qədər son müddət müəyyən etdiyini təsdiqləyib.
"Hurriyyet.Az" xəbər verir ki, Tramp bunu "Fox News"a radiomüsahibəsində bildirib.
"Çox vaxt son müddətlərim olub, amma hər şey yaxşı gedirsə, adətən, müddətlər uzadılır. Amma cümə axşamı - sondur", – o qeyd edib./Report
