“UKRAYNA BU İL RUSİYANI MƏĞLUB ETMƏLİDİR” – Britaniyalı general xəbərdarlıq edib

“Ukrayna bu il Rusiyanı məğlub etməlidir, əks halda Qərbin dəstəyini itirə bilər”.
Hurriyyet.az xəbər verir ki, bunu Böyük Britaniya ordusunun keçmiş Baş Qərargah rəisi Riçard Dannat “The Times” nəşrinə müsahibəsində deyib.
Britaniyalı general Ukraynanın gözlənilən əks-hücumunun “dağıla biləcəyini” bildirib.
“Hamımızın gözlədiyi və ukraynalıların hazırlaşdığı əks-hücum əməliyyatı hələ başlamayıb. Lakin bu, çox uzaq bir tarixdə baş verməyəcək. Əgər Ukrayna öz ərazilərini Rusiya işğalından azad etmək istəyirsə, bu il bunu etməlidir”,-deyə Dannat vurğulayıb.
O, əlavə edib ki, Qərbin Ukraynaya dəstəyinin zəifləmə təhlükəsi var: “Putin vaxtın onun xeyrinə işlədiyini düşünə bilər. Ona görə də ukraynalıların bu hücumu lazımı anda effektiv şəkildə həyata keçirmələri olduqca vacibdir. Ruslara qarşı həlledici zərbələr endirilsə, Rusiyanın əhval-ruhiyyəsi pozula bilər və rus ordusu keçən ilin sentyabrda Xarkov ətrafında gördüyümüz şəkildə çökə bilər”.
AzPolitika.info
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya