Ukrayna boşaldılır – əhalisinin dörddə biri ölkəni tərk edib

2022-08-02 15:53:00

Ukrayna boşaldılır –  əhalisinin dörddə biri ölkəni tərk edib

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, müharibənin başlandığı fevral ayından bəri Ukraynanı 10 170 875 nəfər tərk edib. Bu barədə açıqlamanı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı verib.

Komissarlığın məlumatına görə fevralın sonundan bəri ölkəni tərk edən qaçqınların 5 milyon nəfərdən çoxu Polşaya sığınıb. Onların 1,8 milyonundan çoxu Rusiyaya, 1 milyondan çoxu Macarıstana, 890 min nəfərə yaxını Rumıniyaya, 627 min nəfərdən çoxu Slovakiyaya, 549 min nəfəri Moldovaya, 16 682 nəfəri Belarusa pənah aparıb.

2022-ci il 1 yanvar taxixində Ukraynanın əhalisi (Krım istisna olunmaqla, Donbas isə daxil olmaqla) 41 167 300 nəfər olub.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057974