Saat:15:40
Haqqımızda

Ukrayna Belarusla sərhədə 120 minlik ordu cəmlədi: Minskin reaksiyası

2023-11-01 17:04:19

Ukrayna Belarusla sərhədə 120 minlik ordu cəmlədi: Minskin reaksiyası

Ukrayna Belarusla sərhəddə 120 minlik ordu cəmləyib. Onlardan 17 mini dövlət ərazisinin mühafizəsi ilə məşğuldur.

Hurriyyet.az xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin sədri Konstantin Molostov məlumat verib.

O qeyd edib ki, Ukrayna Belarusla sərhəd yaxınlığında tapşırıqları yerinə yetirmək üçün könüllü dəstələr yaradır. Bütün bunlar sərhəd xidmətinin işinə təzyiq göstərir.

Molostov həmçinin bildirib ki, Ukrayna tərəfindən xırda təxribat xarakterli hərəkətlər davam edir. Məsələn, öz himnini və ictimai çıxış sistemini çalmaq, sərhəd nişanlarını pozmaq və dronlardan istifadə etmək.

“Müdafiə məqsədi ilə sərhədçilər Belarus silahlı qüvvələri və Daxili İşlər Nazirliyinin daxili qoşunları ilə əlaqəni artırıblar”, - Molostov bildirib./publika.az/

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.594445