Ukrayna Azərbaycana taxıl verməyəcək - AÇIQLAMA

2022-08-05 14:27:00

Ukrayna Azərbaycana taxıl verməyəcək - AÇIQLAMA

Ukraynadan İrlandiyaya gedən və 33 min ton qarğıdalı daşıyan Panama bayraqlı “NAVISTAR” gəmisi Odessa limanından yola düşüb.

13 min ton qarğıdalı daşıyan ikinci gəmi Ukraynadan İngiltərəyə getmək üçün Çernomorsk limanından yola düşüb.

Ukraynanın Çernomorsk limanında gözləyən Türkiyə bayraqlı “POLARNET” gəmisi də Karasuya gəlmək üçün yola düşüb. 12 min ton qarğıdalı daşıyan gəmi Karasuya çatmazdan əvvəl İstanbulun şimalında Müştərək Təftiş Qrupu tərəfindən yoxlanılacaq.

Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişci bildirib ki, ““Taxıl dəhlizi” ilə bağlı sazişin icrasına başlanması artıq ərzaq bazarlarına müsbət təsir göstərib. Bir ton taxılın qiyməti 440-450 dollardan 350-355 dollara enib. Taxıl idxalından birbaşa asılı olan ölkələrin üzləşdiyi problemlər azalıb”.

Qeyd edək ki, bəzi dünya ölkələri Ukraynadan taxıl ixracı ilə bağlı bu istiqamətdə yaranmış böhranın aradan qalxacağını gözləyir. Azərbaycanın isə taxıl idxalında Ukraynanın payı elə də çox deyil.

Hazırda Ukraynadan taxıl ixracı Azərbaycandakı buğda qiymətlərinə nə dərəcə təsir edəcək? Dia.az-ın məlumatına görə, iqtisadçı-eskpert Akif Nəsirli Cebhe.info-ya bildirdi ki, Ukraynadan çıxan birinci gəmi 26 min ton qarğıdalı idi və sonrakı iki gəmidə ərzaq buğdası olması nəzərdə tutulmuşdu:

“Ukraynadan ixracın başlanması inamıram ki, dünya bazarında ciddi dəyişiklik yaratsın. Çünki Ukraynadan hazırda ixrac edilən buğda, əvvəlki dövrdə bağlanmış müqavilələrə uyğun ixrac edilən buğdadır. Ancaq hər halda buğdanın yığım vaxtıdır, hər halda buğdanın qiyməti ucuzlaşmalıdır. Məsələn, pomidorun qışdakı qiyməti ilə yaydakı qiyməti arasındakı fərq var. Buğdanın da mövsümündə qiyməti bir qədər aşağı düşür və mövsümlə bağlı bolluqdan irəli gəlir. Təxninən 1-2 aydan sonra buğdanın qiymətində bahalaşma müşahidə ediləcək”.

Ukraynadan buğda ixracının Azərbaycanın daxilindəki buğdanın qiymətlərinə təsir etməsinə gəldikdə isə ekspert deyir ki, bunun ölkəmizə birbaşa təsiri yoxdur:

“Çünki Azərbaycan Ukrayna ilə taxıl idxal-ixracında əsas portnyorlardan sayılmır. Azərbaycanın 2020-2021-ci ildə idxal etdiyi ərzaq buğdasının 90 faizi Rusiyanın payına düşür.

Digər hissə isə Kazaxıstan və Ukraynanın payına düşür. Biz Ukrayna ilə mütəmadi buğda müqaviləsinə malik olmamışıq. Hazırda Ukraynada buğda istehsalı aşağı düşüb və təbii olaraq növbəti mərhələdə taxıl ixracını azaldacaq. Hazırda ixraca başladığı 20 milyon tona yaxın buğda ötən ildən qalıb və bir hissəsini Rusiya oğurlayıb.

Həmin buğdanın müştəriləri də məlumdur. İlk növbədə öhdəlikləri yerinə yetirməlidir. Burada dövlətlərarası münasibətlər də əsas meyar kimi götürülmür. Buğdanı özəl sektor, sahibkar istehsal edir. Bu məsələyə təsir etsə belə, hökumət Avropanı qoyub Azərbaycana satmaz. Avropanın Ukrayna üçün həyati mənada fərqi böyükdür. İnanıram ki, Azərbaycan sahibkarları Ukraynadan buğda idxal edə biləcək”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.086578