Ukrayna aviasiyası İran dronlarını məhv etdi

2022-12-07 13:23:00

Ukrayna aviasiyası İran dronlarını məhv etdi

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibə ilə bağlı son vəziyyəti açıqlayıb. “Unian”nın Ukrayna Silahlı Qüvvələrinə istinadla verdiyi xəbərə görə, son sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələri Rusiya ordusunun bölmələrinə ümumilikdə 22 aviazərbə endirib.
Bildirilir ki, aviazərbələr nəticəsində Rusiya hərbi birləşmələrinin şəxsi heyəti, pilotsuz uçuş aparatları və digər hərbi texnikaları məhv edilib.
“Ukrayna qüvvələri 14 ədəd “Şahed-136” zərbə dronunu, 1 ədəd “Orlan-10” PUA-sını və daha 2 ədəd digər uçuş aparatını zərərsizləşdirib”, deyə məlumatda bildirilir.
Qeyd edək ki, İran istehsalı olan “Şahed-136” və digər dronların Rusiya tərəfindən istifadə olunması ilə bağlı Ukrayna rəsmiləri müxtəlif vaxtlarda İranı sərt tənqid ediblər.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.275656