Ukrayna Almaniyadan “Şimal axını”nı dayandırmağı tələb edir

2022-05-30 10:58:00

Ukrayna Almaniyadan “Şimal axını”nı dayandırmağı tələb edir

“GTS Operator of Ukraine” və “Naftoqaz” şirkətlərinin rəhbərliyi “Şimal axını-1” qaz kəmərinin istismarını dayandırmaq təklifi ilə Almaniyanın İqtisadiyyat Nazirliyinə müraciət edib. Bu barədə Ukraynanın “GTS Operator” şirkətinin baş direktoru Sergey Makoqon bildirib.
UNIAN xəbər agentliyi bu şirkətə istinadən xəbər verir ki, Ukraynanın GTS operatoru “Naftoqaz”la birgə “Şimal axını 1”in dayandırılması ilə bağlı Almaniyanın İqtisadiyyat Nazirliyinə müraciət göndərib. Makaqon əmin olduğunu bildirib ki, “bu qaz kəməri Avropaya qaz nəqlinin təhlükəsizliyini təmin etmək üçün istisna şərtlər altında fəaliyyət göstərib”. Lakin baş direktorun sözlərinə görə, xüsusi əməliyyat başlayandan sonra artıq belə əsaslar qalmayıb. Ona görə də ölkəmizin təhlükəsizliyini təmin etmək, qaz nəqli sistemimizin təhlükəsizliyini təmin etmək məqsədilə belə bir tələblə Almaniyaya müraciət etdik”, deyə Sergey Makaqon bildirib.

Ülviyyə, Hurriyyet.az
 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya