Ukrayna ABŞ-dan bunkerləri vurmaq üçün qanadlı raketlər istəyir – 500 km məsafədən hədəfə alır

2023-08-22 12:28:13

Ukrayna ABŞ-dan bunkerləri vurmaq üçün qanadlı raketlər istəyir – 500 km məsafədən hədəfə alır

Hurriyyet.az xəbər verir ki,Ukrayna ABŞ-dan JASSM qanadlı raketlərinin verilməsini tələb edib. Bu barədə “Forbes” jurnalı məlumat verib.

Jurnalın yazdığına görə, hazırda Ukrayna Silahlı Qüvvələrinin cəbbəxanasında olan “Storm Shadow” SCALP raketləri F-16 təyyarələrinə müvafiq deyil, JASSM raketlərindən isə istifadə eləmək olar.

AGM-158 JASSM – “hava-yer” tipli raketdir, HHM komplesklərini, bunkerləri, böyük binaları, körpüləri, yüngül zirehlənmiş binaları, kiçik, lakin güclü müdafiəsi olan obyektləri vurmaq üçün nəzərdə tutulub. Uçuş mənzili – 500 kilometrdir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.137327