Saat:03:38
Haqqımızda

“Ukrayna 100 min yox, 13 min hərbçi itirib” – Avropa Komissiyasının məlumatı təkzib edildi

2022-12-02 12:04:00

“Ukrayna 100 min yox, 13 min hərbçi itirib” – Avropa Komissiyasının məlumatı təkzib edildi

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak tammiqyaslı müharibə başlanandan bəri Ukrayna ordusunun 13 min nəfərə qədər hərbçi itirdiyini bəyan edib. Açıqlamada deyilir: “Bizdə Baş Qərargahın rəsmi rəqəmləri var. Ali Baş Komandan bu rəqəmlərə əsasən çıxış edir. Həmin məlumata görə, bizim 10 ilə 12,5-13 min nəfər itkimiz var. Biz həlak olanların sayı barəsində açıq danışırıq”.

Xatırladaq ki, Avropa Komissiyasının başçısı Ursula fon der Lyayen noyabrın 30-dakı çıxışı zamanı Rusiyanın təcavüzü nəticəsində “Ukraynanın 20 min nəfərdən çox dinc sakininin və 100 min hərbçisinin həlak olduğunu” söyləmişdi.

Ardından Avropa Komissiyası səhv etdiyini bildirərək, məlumatı silmişdi.

Podolyak deyib: “Sözsüz ki, xanım Lyayen səhv eləyib. Bu səbəbdən həmin videonu və həmin rəqəmləri sildilər”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR