Saat:14:30
Haqqımızda

“Ukrayana ordusu müqavimət göstərəcək” - HƏRBİ PSİXOLOQ

2025-11-28 13:54:10

“Ukrayana ordusu müqavimət göstərəcək” - HƏRBİ PSİXOLOQ

"Sözsüz ki, vəziyyət bu gün Ukraynada ağırdır, çox ağırdır, amma kritik deyil. Sadəcə, xırda şəhərlər uğrunda çox ağır döyüşlər gedir, amma rus ordusu Ukrayna ordusuna strateji zərbə, strateji sarsıntı vura bilmir və hələ uzun müddət davam edəcək. Ukrayna müqavimət göstərməyə qadir oduğunu sübut eləyir”.
Bu sözləri Hurriyyet.az-a Ukrayna ordusunun psixoloji durumunu dəyərləndirən həkim-psixoterapevt, hərbi-psixoloq Azad İsazadə deyib.
“Sözsüz ki, hərbiçilərin içində fərqli fikirlər var. İnsanların hər biri fərqli yanaşma ilə bu problemlə baxır. Amma vahid fikir nədir? Mən hərbçilərin müsahibələrinə baxıram. Neçə nəfər tanış ukraynalı hərbiçi döyüşür, indi onların da fikri ilə səsləndirə bilərəm: bunlar deyirlər ki, danışıqlarda nə eləyirlər, eləsinlər, nə istəyirlər, müzakirə etsinlər, məsələ onsuz da cəbhədə həll olunur. Yəni prinsip belədir. Biz hamımız piara, mətbuata daha çox fikir veririk, amma real hadisələr cəbhə zonasında gedir və Ukryana ordusu təslim olmağa nə hazırlaşır, nə hazırdır, təslim olmaq istəmir və müqavimət göstərəcək. Kömək oldu, olmadı, onlar döyüşəcəklər. Onlar üçün prinsipial bir məsələdi”,-deyə hərbi psixoloq əlavə edib.
“Yəni tam şəkildə Ukrayna ordusunun yüksək əhval-ruhiyyədə olduğunu söyləmək olarmı” sualına gəlincə, A.İsazadə qeyd edib ki, Ukrayna ordusunu hamısı haqqında deyə bilməz, amma çoxusunun psixoloji əhval-ruhiyyəsi yüksəkdir: “Çünki biz görürük ki, faktiki küçə döyüşləri səngimir, davam edir. Ukraynalılar yarı mühasirədə ola-ola müqavimət göstərirlər, hətta bəzi hallarda əks-hücuma keçirlər. Pokrovsknin bəzi məhəllələrini hətta azad edirlər”.
CAVİD