Saat:22:56
Haqqımızda

UEFA Konfrans Liqası: "Sabah" -"Makkabi" matçına 3000 bilet satılıb

2024-07-29 20:42:47

UEFA Konfrans Liqası:

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində baş tutacaq "Sabah" -"Makkabi" (İsrail, Hayfa) matçına 3000 bilet satılıb.

Bu barədə Hurriyyet.az-a Bakı klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

O, biletlərin sabahdan etibarən "Bank Respublika Arena"nın kassalarında da satışa çıxarılacağını, həmçinin oyundan öncə azarkeşlər üçün fan zonanın təşkil edilməsinin nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, "Sabah" və "Makkabi" arasında cavab matçı avqustun 1-də Masazırda, "Bank Respublika Arena"da keçiriləcək. Görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Macarıstanda baş tutan ilk oyunda Bakı klubu 3:0 hesablı qələbə qazanıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.185293