Uçuşlar ləğv edildi, bank sistemləri çökdü - səbəb
2024-07-19 16:25:00

Hurriyyet.az xəbər verir ki, "Microsoft" şirkətinin "Windows" əməliyyat sistemindəki texniki problemlər dünyanın bir çox ölkələrində təyyarə uçuşlarının ləğv olunmasına, bank əməliyyatlarının dayandırılmasına və televiziya şirkətlərinin işində geriləmələrə səbəb olub.
"The Verge" nəşrinin məlumatına görə, bu vəziyyət "CrowdStrike" kibertəhlükəsizlik şirkətinin hazırladığı yenilənmənin tətbiqindən sonra yaranıb.
Hürr Tərcüman
