Uçuş zamanı təyyarənin hər iki pilotu yatdı və...

2022-06-01 19:57:00

Uçuş zamanı təyyarənin hər iki pilotu yatdı və...

Nyu Yorkdan Romaya uçan İtaliyaya məxsus təyyarədə qeyri-adi olay baş verib.

Uçuş zamanı birinci pilot öz dincəlmək növbəsi çatdığı üçün idarəetməni ikinci pilota tapşırıb yatıb. İkinci pilot da uçuşu avtomatik rejimə qoyaraq yuxuya dalıb.

Hava limanında təyyarə ilə 10 dəqiqə ərzində xəbər ala bilmədiklərinə görə, təyyarənin qaçırıldığı ehtimal edilib. 

Lakin təyyarə yerə uğurlu eniş edib və məsələnin üstü açılıb.

İkinci pilot özünü müdafiə etməyə çalışsa da işdən qovulub.

Qeyd edək ki, bunu eşidən sərnişinlər təyyarə şirkətinə sərt təpki göstəriblər. \\Demokrat.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya