Üçüncü Qarabağ Savaşı artıq başlayıb... - ELDAR SABİROĞLU YAZIR

2023-09-03 12:09:07

Üçüncü Qarabağ Savaşı artıq başlayıb... - ELDAR SABİROĞLU YAZIR

Üçüncü Qarabağ müharibəsi demək olar ki, artıq başlayıb.

Azərbaycan əsgəri, İkincidə olduğu kimi, bu savaşda da böyük qəhrəmanlıqlar göstərərək erməni faşizminə ağır itkilər yaşatmağa davam edir.

İşgalçıların arzuları yenə də ürəklərində qalacaqdır. Bu dəfə müharibə problemlərini dartması çox çətin olacaq.

Özlərinin rəsmi məlumatına görə, müharibənin başladığı dörd gün ərzində düşmənin 23 əsgəri cəhənnəmə vasil edilmişdir. Hələlik əsir götürülən 200-dən çox hərbçisi haqda xəbər verməyə tələsməyən Ermənistan hökuməti, ciddi hərbi böhran vəziyyətindən cıxmaq üçün yollar axtarır. Düşmən əlini hara uzadırsa, orada dərin bir boşluqla rastlaşır.

Artıq zorla danışmagın vaxtı keçib. Bunu dərk edir düşmən, amma real addımlar atmır. Nə qədər gec deyil, ermənilər regionda sülhün yaradılması üçün Azərbaycanın göstərdiyi təşəbbüslərə qoşulmaq barədə  düşünməlidir. Əksi təqdirdə düşmənin daha ağır zərbələr alacağı qaçılmaz olacaqdır.

Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev dövlət rəhbəri olaraq öz mövqeyini açıq surətdə meydana qoydu: " Ya ölüm, ya azadlıq!!!." Bu o deməkdir ki, torpaq məsələsində iynənin ucu qədər də güzəştə gedilməyəcəkdir.

Eldar SABİROĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.136410