ÜÇÜNCÜ JURNALİST BİNASI ƏTRAFINDA MÜƏMMA – “Bu məlumat doğru deyil, bina nazirliyin balansına keçirilməyib”

2022-04-28 11:04:00

ÜÇÜNCÜ JURNALİST BİNASI ƏTRAFINDA MÜƏMMA – “Bu məlumat doğru deyil, bina nazirliyin balansına keçirilməyib”

Dövlət tərəfindən jurnalistlər üçün tikilmiş üçüncü binanın şəhid ailələrinə və müharibə əlillərinə paylanması ümün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçirildiyi barədə xəbərlər yayılıb.

Müxtəlif mənbələrdən qaynaqlanan informasiyalarda qeyd olunur ki, 255 mənzilli binanın aidiyyatı dövlət qurumu tərəfindən müvafiq bölgü əsasında imtiyazlı vətəndaşlara paylanması ilə bağlı hazırlıq işləri görülür.

Qeyd edək ki, iki gün əvvəl sözügedən binanın həyətində Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən iməclik aparılıb, torpaq sahəsi bellənib, yeni ağaclar əkilib. Bu da mənzillərin jurnalistlərə verilməyəcəyi barədə xəbərlərin doğru olması barədə informasiyalara inamı daha da gücləndirib.

Məsələyə aydınlıq gətirmək üçün Media Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Oradan bildirilidi ki, bu barədə hər hansı informasiyaya malik deyillər.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıblı isə "AzPolitika.info"nun sorğusuna cavab olaraq bildirdi ki, bu barədə xəbərlər doğru deyil. "Bu barədə daha əvvəl də bizdən soruşublar, amma nazirliyin həmin yaşayış binasını balansına götürməsi həqiqətə uyğun deyil",- o vurğulayıb.

Xatırladaq ki, ötən il bir qrup media nümayəndəsinin imzası ilə sözügedən mənzillərin şəhid ailələlərinə və müharibə əlillərinə verilməsi ilə bağlı dövlət qurumlarına müraciət ünvanlamışdı.

Redaksiyamıza daxil olan məlumata görə, qarşıdan gələn 22 iyul Mətbuat Günü ərəfəsində binadakı mənzillərin bir hissəsinin jurnalistlərə paylanacağı gözlənilir.

"AzPolitika.info"


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya