Üçtərəfli bəyanatdan sonra ölən və xəsarət alanların sayı bilindi
2023-09-12 15:26:54
.jpg)
2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 11-dək olan dövrdə işğaldan azad edilmiş ərazilərdə 306 nəfər minadan zərər çəkib.
Hurriyyet.az xəbər verir ki, onlardan 55 nəfəri həlak olub, 251 nəfəri isə yaralanıb.
O cümlədən, 42 mülki şəxs həlak olub, 101 nəfər isə xəsarət alıb. Eyni zamanda, 13 hərbi qulluqçu həyatını itirib, 150 nəfər isə yaralanıb.
Həmin dövrdə 47 461 ədəd partlamamış hərbi sursat, 29 568 ədəd piyada əleyhinə, 17 028 ədəd isə tank əleyhinə mina aşkar edilib.
Bu dövr ərzində 965,587.994 kv.m ərazi (96 558,8 ha) mina və digər partlayıcı qurğulardan təmizlənib./Musavat.com/
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya